BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Albert Eynşteyn və Rabindranat Taqor – Dialoq (Modern.az)

01SM_TAGORE3_619688f

 

Qızmar yay günü. Eynşteynin bağ evi. 4 iyul 1930-cu il.

Eynşteyn: Siz dünyaya qaynayıb-qarışmayan, ondan ayrı olan Tanrının varlığına inanırsınızmı?

Taqor:
Dünyadan qıraqda olan Tanrı yoxdur. İnsanın mahiyyəti tükənməz, ölümsüz olduğu üçün də o, dünyanı qavramağı bacarır. İnsan kimliyinin qavraya bilməyəcəyi bir nəsnə də ola bilməz. Bu isə elə, dünyanın bütün gercəklərinin də özündə insanilik daşıması deməkdir. Dediklərimi aydınlaşdırmaq üçün bir elmi faktı örnək olaraq göstərmək istəyirəm: materiya, elektronlarla protonlardan qurulub, onların arasında isə başqa bir nəsnə yoxdur, ancaq biz materiyanın törəmələrini iri-biriylə bağlanan ayrı-ayrı elektronlarla protonların toplusu kimi yox, bütöv gerçəklik olaraq görməkdəyik. Bunun kimi “bəşər” dediyimiz gerçəklik ayrı-ayrı kimsələrdən yaranır, ancaq bu kimsələr arasında olan insanlıq bağları, əlaqələri bəşər toplumunu, bütöv görünən, yaşarı bir orqanizm biçiminə salır. Dünyayla bəşərin bağlılığı da elə onların öz aralarında bu sayaq birləşməsindən yaranan bütövlükdür. Bu, insandan ayrılmaz olan dünyadır. Dediyim bu ideyanı mən incəsənətdə, ədəbiyyatda, dini inanclarda izləyib, araşdırmışam.

Eynşteyn:Dünyanı qavramaqda, biri-birindən seçilib ayrılan iki yanaşma vardır:

1. Dünyanın varlığı büsbütün insan anlağından asılıdır.
2. Dünya insan anlağından asılı olmayan bir gerçəklikdir.

Taqor: Yaşadığımız dünya, ölümsüz insanla sürəkli bir uyumluqda – harmoniyada olduğundan, biz bu dünyanın gerçəklərini qavraya, gözəlliklərini duya bilirik.

Eynşteyn: Bu dedikləriniz, dünyaya insan olaraq yanaşmaqdan doğan yozumdur.

Taqor: Başqa bir yozum ola da bilməz. Bu dünya, insanın dünyasıdır. Dünyaya elmi baxış hansısa bir alimin baxışıdır. Dünya bizdən ayrılıqda var ola bilməz. Dünya, bizdən asılıdır, onun gerçəkliyi bizim anlağımızdan asılıdır. Doğruluğun, gözəlliyin bəlli ülgülərinin-standartlarının olması, bu dünyanı etibarlı eləyir, bu standartları isə Ölümsüz İnsan yaradıb, onun qavradıqları, duyduqları isə getdikcə, qavramımıza, duyumumuza çevrilir.

Eynşteyn: Dediyiniz bu Ölümsüz İnsanı insanın özlüyü-mahiyyəti də adlandırmaq olar.

Taqor: Elədir, bu – insanın ölümsüz, tükənməz olan özlüyü-mahiyyətidir. Biz onu yaşadığımız duyğularla, bir də çəkdiyimiz əməklə qavraya bilərik. Bununla da, bizim adlaya bilmədiyimiz çevrələrdən qırağa çıxmağı bacaran Üstün İnsanı anlamağa başlayırıq. Elmi baxışlar, ayrı-ayrı kimsələrin qavramlarında qapanıb qalmır, dünyanın, ayrıca kimsələrdən yox, hamıdan asılı olan gercəklərini arayıb-öyrənir. Din isə, ayrı-ayrı kimsələrdən asılı olmayan gerçəkliyi qavrayaraq, bizim bir az da dərində olan ehtiyaclarımızla bu gerçəklik arasında bağlılıq yaradır; dini inancların yardımı ilə qavradığımız gerçəklik, təkcə bizim yox, bəlli bir çoxluğun inandığı dəyərlərə çevrilir.

Eynşteyn: Onda belə çıxır, doğruluq da, gözəllik də insandan asılı olan gerçəklərdir.

Taqor: Elədir.

Eynşteyn:Birdən insanlar yoxa çıxarsa, onda Belvederli Apollon* öz gözəlliyini itirərdimi?

Taqor: İtirərdi!

Eynşteyn: Mən gözəlliyin bu sayaq yozulması ilə barışıram, ancaq doğruluğu belə yozmağı yanlış sayıram.

Taqor: Nə üçün? Doğruluğu insandan başqa da bir qavrayanmı var?

Eynşteyn: Bu dediklərimi doğrultmağa söz tapa bilməsəm də, ancaq mənim inandığım din elə budur.

Taqor: Gözəllik – bitkin bir harmoniyanın ideala yaxınlaşmasından doğur, bu özünün örnəyini Universal İnsanda göstərməkdədir; doğruluq isə bu Universal İnsanın anlağının qavradıqlarıdır. Biz, ayrılıqda götürülmüş kimsələr olaraq, böyüklü-kiçikli yanlışlıqlar eləyərək, sınaqlardan keçərək, anlağımızı aydınladaraq, bu doğruluğu qavramağa yaxınlaşırıq, yoxsa, biz doğruluğu başqa necə qavraya bilərik?

Eynşteyn: Mən elmin doğru saydıqlarının, doğrudan da elə insandan asılı olmayan düzgünlüklər, gerçəkliklər olduğuna sizi inandırmaq üçün söz tapa bilməsəm də, ancaq özüm buna ürəkdən inanmaqdayam. Götürün elə həndəsədəki Pifaqor teoremini. Bu, insandan asılı olmayan bir gerçəkliyin, gözəyarı da olsa, doğruluğunu göstərmirmi? Elə isə, insandan asılı olmayan reallıqlar varsa da, onda bu reallıqlara uyğun olan doğruluqlar da olmalıdır, bunlardan birinin danılması, elə o birinin də danılması deməkdir.

Taqor: Universal İnsanın qavradığı gerçəklər, insanca olan gerçəklər olmalıdır. Yoxsa, bizim, yəni ayrı-ayrı kimsələrin, qavradıqlarımızı da gerçəklik saya bilmərik, onlara ən azından elmi gerçəkliklər deyə bilmərik, ancaq elə insanın düşünmək bacarığı yaradan orqanlarından doğulan bu məntiqi düşüncələrin yardımı ilə qavradığımız elmi gerçəklər də, bizi addım-addım doğruluğa sarı aparır. Hind fəlsəfəsinə görə, Brahma adlanan mütləq bir gerçəklik vardır, onu yalnız istəməklə qavramaq olmaz, nə də onu sözlə anlatmaq olmaz. Onu qavramaq istəyən kimsə, büsbütün sonsuzluğa dalmağı, qovuşmağı bacarmalıdır. Bu isə sözsüz, elmi gerçəklik sayıla bilməz. Bayaqdan söz açdığımız gerçəklər isə bəlli görünüşü olan gerçəklərdir, yəni onlar insan anlağına gerçəklik təki görünürlər, ona görə də, bunlar ancaq insanca olan gerçəklərdir. Onu biz, Mayya* da, ilğım da adlandıra bilərik.

Eynşteyn: Sizin, ola bilsin hind fəlsəfəsindən doğan yozumunuza görə, bu ilğım dediyiniz, yalnız ayrı-ayrı kimsələrin yox, bütün insanlığın qapıldığı bir ilğımdır.

Taqor: Elmdə biz bəlli bir düzənə uyaraq, öz anlağımızın dar çevrəsindən qurtuluruq, ona görə də, Universal İnsanın anladığı gerçəkləri qavraya bilirik.

Eynşteyn: Bu gerçəklik bizim anlağımızdan asılıdırmı? Başlıca problem də elə budur.

Taqor: Doğru adlandırdığımız gerçəkliyə subyektiv yanaşma ilə obyektiv yanaşmanın ağlabatan harmoniyasından yaranır, elə Universal İnsan da gerçəkliyə bu sayaq yanaşır.

Eynşteyn: Ona qalsa, biz gündəlik yaşamımızda belə, işlətdiyimiz predmetlərin varlığının insandan asılı olmadığını sanırıq. Biz bunu, duyğu orqanlarımız arasında anlaşılmazlıq yaranmasın deyə eləyirik. Örnək üçün bu gördüyünüz masa, evdə bir kimsə olmayanda belə, öz yerində dayanıb-duracaq, yox olmayacaqdır.

Taqor: Elədir, dediyiniz durumda stol hansısa bir kimsə üçün görünməz olacaqdır, ancaq o universal anlaqdan gizli qala bilməyəcəkdir. Mənim stol kimi qavradığım nəsnəni, mənim kimi anlaq yiyəsi olan bütün kimsələr də belə qavrayacaqlar.

Eynşteyn: Gerçəkliklərin varlığının insandan asılı olmadığını sözlə anlatmaq, doğrultmaq olmur, ancaq, lap deyərdim, yer üzündə yaşamış ilkin insanlardan tutmuş bu günədək, bütün insanların hamısı buna inanmaqdadır. Biz gerçəkliyi qavraya bilməyi, ancaq Universal İnsanın obyektivliyinə bağlayırıq, yalnız onun bacaracağı bir iş sayırıq. Yəni varlığımızdan, sınaqlarımızdan, anlağımızdan, istəklərimizdən asılı olmayan gerçəkliklər vardır, ancaq biz bunun nədən belə olduğunu sözlə anlatmaq gücündə deyilik.

Taqor: Elmin anlatdığına görə, stolun bərk bir predmet olması yalnız bir görünüşdür, elə bunun kimi də, insanın anlağı olmasaydı, onda onun stol təki anladığı predmet də olmayacaqdı. Bununla yanaşı, stolun elementar fiziki varlığının, elektrik yüklü, ara vermədən fırlanan, kiçik dənəciklərdən qurulduğu da artıq bəllidir, ancaq bunu bilməyimiz də elə insanın anlaqlı olmasınna görədir. Gerçəkliyi qavramanın gedişində, Universal İnsanın anlağı ilə, ayrı-ayrı kimsələrin anlağı arasında arası kəsilməz bir çəkişmə gedir. Elmdə, fəlsəfədə, etikada, sürəkli bir qavrama prosesi getməkdədir. Məncə, insandan asılı olmayan hansısa absolyut-mütləq gerçəklik olsaydı belə, o bizim üçün büsbütün gərəksiz olardı. Biz düşüncəmizi gücə salıb, elə bir anlaq qondara bilərik, o baş verən olayların ardıcıllığını yalnız zamana görə dəyərləndirsin, onların baş verdiyi məkanı gözardı eləsin, onda dünyada baş verən olayların ardıcıllığı da yalnız zamandan asılı olar, haradasa not yazılarının ardıcıllığına görə çalınan musiqiyə oxşayardı. Belə bir anlaq üçün, gerçəkliyi qavramaq, musiqi gerçəkliyini qavramaq kimi baş verəcəkdir, burada artıq Pifaqor teoreminin azacıq da olsa anlamı qalmayacaqdır. Tutalım, kağız adlanan gerçəklik var, o özü-özlüyündə ədəbiyyat adlanan gerçəklikdən çox-çox uzaqdır. Kağız yeyən köstəbəyin qavramında ədəbiyyat adında bir predmet yerli-dibli yoxdur, ancaq insanın anlağında ədəbiyyat adlı gerçəklik var, özü də o, kağız adlanan gerçəklikdən qat-qat dəyərlidir. Ona görə də, insan anlağından, duyğularından asılı olmayan hansısa bir gerçəklik olsa belə, biz özümüzün insan anlağımızla yaşadıqca, o bizim üçün büsbütün gərəksiz, dəyərsiz olaraq qalacaqdır.

Eynşteyn: Onda belə çıxır, mən dinə sizdən çox inanmaqdayam.

Taqor: Mənim dinim – Ölümsüz İnsanı, Universal İnsan ruhunu, öz varlığımda axtarıb tapmaq,  onu qavramaqdır. Mən bütün bu dediklərimi geniş olaraq, “İnsanın dini” adlı mühazirələrimdə göstərmişəm.

Hazırladı: Elmin Nuri

Həmçinin bax

Albert Eynşteyn: Din ilə elm (Rus dilindən tərcümə: Araz Gündüz)

  İnsanların indiyənəcən çalışıb yaratdıqları, düşünüb tapdıqları nə varsa, hamısı, onların öz gərəklərini ödəməsi, ağrı-acılarını ...

17 şərhlər

  1. Eynşteyn inanclı olub? Güldürməyin. Yazılanlar Richard Dawkinsin “Tanrı Yanılgısı” kitabındandır.

    Eynşteynin ən həvəslə iqtibas edilən sözlərindən biri budur: “Dinsiz elm topal, elmsiz din kordur”. Ancaq Eynşteyn eyni zamanda bunları da söyləyib:

    Dini inanclarım haqqında oxuduğunuz əlbəttə, yalandı; Müntəzəm olaraq təkrar edilməkdə olan bir yalan.İnsan surətində bir Allaha inanmıram və bunu heç vaxt inkar etməmişəm; Əksinə bunu açıq şəkildə ifadə etdim. Əgər içimdə din kimi müəyyən bir şey varsa, bu elmimizin indiyə qədər meydana çıxara bildiyi qədəriylə, dünyamızın quruluşu qarşısındakı sərhədsiz iftixarımdır.

    Eynşteyn özü ilə ziddiyət təşkil edirmiş kimi görünür? Bu sözlər bir mübahisənin iki zidd tezisini dəstəkləyəcək sitatlar şəklində düşünülə bilərmi?
    Xeyr. Eynşteyn “din” deyəndə, sözün ənənəvi mənasından tamamilə fərqli bir şey nəzərdə tuturdu. Mən fövqəltəbii inanc və Einsteinci inanc arasındakı ayrı-seçkiliyi aydınlaşdırmağa davam edərkən, sadəcə fövqəlttəii tanrılara “yanılgısal” dediyimi ağlınıza alın.
    Məhz Einsteincı inancın ləzzətini vermək üçün Eynşteyndən bir neçə sitat daha:

    Mən son dərəcə inanclı bir inancsızam. Bu olduqca yeni bir növ əqidədir.

    Mən təbiətə heç bir zaman bir məqsəd və ya niyyət və ya insan formasında olaraq anlaşıla biləcək hər hansı bir şey yükləmədim.Təbiətdə gördüyüm şey, yalnız çox az dərk etdiyimiz fövqəladə gözəllikdə bir quruluşdur və bunu düşünən insanı təvazökarlıq hissilə doldurması lazımdır. Bu, mistisizm ilə heç əlaqəsi olmayan bir həqiqət inanclı duyğudur.

    İnsan surətində bir Tanrı fikri mənə olduqca yaddır və hətta avamca gəlir.

    Ölümündən bu yana, çox sayda din müdafiəçisi anlaşıla biləcəyi kimi Einsteini özlərindən biri kimi göstərməyə çalışdı. Bəzi dindar həmyaşıdları onu olduqca fərqli görürdü. 1940-cı ildə Eynşteyn “İnsan surətində bir Allaha inanmıram” ifadəsini müdafiə etdiyi məşhur bir yazı yazdı. Bu və buna bənzər ifadələr dindarlardan gələn bir məktub fırtınasını təkan verdi. Məktubların bir çoxu Eynşteynin Yəhudi mənşəyini üstüörtülü xatırladırdı. Aşağıdakı sitatlar Maks Jammerin Eynşteyn və Din kitabındandır.Kanzas City Roma Katolik Kilsəsi Yepiskopu belə deyib: “Əhdi-ətiq və onun təlimlerinin irqindən gələn bir adamı, bu irqin böyük ənənəsini rədd edərkən görmək kədərli. “Digər bir Katolik keşiş ahəngə qatılıb: “İnsan surətində bir Tanrıdan başqa Tanrı yoxdur. Eynşteyn nə dediyini bilmir. O başdan sona xətalıdır.Bəzi insanlar, bir sıra sahələrdə yüksək bilik səviyyəsinə çatdıqda, hər mövzuda fikirlərini söyləmək hüququnu qazandıqlarını zənn edirlər”.

    Xristian kilsələrinin birləşməsi üçün çalışan bir Amerikalı Katolik hüquqşünas, Einsteinə yazdığı məktubda belə deyib:

    İfadənizi dərin bir təəssüflə qarşılayırıq. Fiziki bir Tanrı ilə zarafat etdiyiniz sətirlərdən bəhs edirəm. Ötən on ildə, heç bir şey Hitlerin Yəhudilərə Almaniyadan qovmasının məntiqli bir səbəbi olduğuna insanları düşündürməyə sizin sözləriniz qədər uyğun olmayıb. Sərbəst danışmaq haqqınız olduğunu qəbul etsəm də, bu sözünüzün sizi Amerikadakı ahəngizliyin ən böyük mənbələrindən biri halına gətirdiyini deyirəm.

    Bir Nyu-york ravvini belə deyib: “Eynşteyn mübahisəsiz şəkildə böyük bir alimdir amma dini görüşləri Yəhudiliyin tam qarşısındadır”.
    Səbəb “ancaq” da “və” deyil?
    Nyu-cersidəki tarixi bir dərnəyin sədri, dindar zehnin zəifliyini artıqlaması ilə nümayiş etdirən bir məktub yazıb, iki dəfə oxumağa dəyər:

    Doktor Eynşteyn, biliyinizə hörmət bəsləyirik; Ancaq görünən odur ki, bilmədiyiniz bir şey var: Tanrı bir ruhdur və teleskop və ya mikroskop köməyiylə tapıla bilməz, eynilə beynini araşdıraraq insan fikir və hisslərinin olmayacağı kimi. Hər kəsin bildiyi kimi, din inanc üzərində qurulmuşdur, elm üzərində deyil.her düşünən insan, bəlkə də, zaman zaman dini şübhələrə qapılmışdır. Mənim sədaqətim də zaman zaman büdrəmişdir. Ancaq iki səbəbdən ötrü ruhi azğınlıqlardan kimsəyə danışmamışam: Yaxşı (1) niyyətli inanımla bəzi həmcinslərimin həyatını və ümidlərini alt-üst edib onlara zərər verməkdən qorxdum; Çünki (2) “Bir digərinin inancını məhv edən insanın içində pis niyyət var” deyən müəlliflə eyni fikirdəyəm. Ümid edirəm ki, Doktor Eynşteyn, səhv salmısınız və sizi təltif olunmaqdan zövq alacaq nəhəng miqdarda Amerikalının daha çox xoşuna gələcək bir şeylər daha deyəcəksiniz.

    Nə qədər qeyri-adi izahedici bir məktubdur! Hər cümləsində zehni və əxlaqi qorxaqlıq axır.

    Eynşteynin özündən sitat edərək Einsteincı inancı açıqlamama icazə verin: “Təcrübə ediləcək hər hansı bir şeyin arxasında ağlımızın dərk etməyəcəyi bir şey olduğunu və bunun gözəlliyinin və əzəmətinin bizə yalnız dolayı bir yolla və zəif bir əks olunma kimi daxil olduğunu hiss etmək, bu dindarlıq. Bax, mən bu mənada dindaram”.

  2. Rabindranat Taqor,hem Hindistan,hem da Banqladesin dovlet himnlerinin muellifidi,yazdim da,kimese lazim olar (y)

  3. Цитаты Эйнштейна

    “Конечно, то, что вы читали о моих религиозных убеждениях, есть ложь, которая постоянно повторяется..
    Я НЕ ВЕРЮ В ПЕРСОНАЛЬНОГО БОГА (Бога-личность) и я никогда не отрицал этого, но выражал это четко.
    Если есть во мне что-то, что можно назвать религиозным, так это безграничное восхищение структурой
    вселенной насколько наука может ее открыт”

    «Слово „Бог“ для меня всего лишь проявление и продукт человеческих слабостей, а Библия — свод почтенных,
    но все же примитивных легенд, которые, тем не менее, являются довольно ребяческими. Никакая, даже самая
    изощрённая, интерпретация не сможет это (для меня) изменить»

    “С точки зрения иезуитского священника я, безусловно, всегда был и остаюсь атеистом” (Эйнштейн о религии.
    – М., 2010. С. 140). Правда, через четыре года он уточнил: “Вы можете называть меня агностиком, но я не
    разделяю воинственного духа настоящих атеистов, чей пыл объясняется по большому счёту болезненным
    избавлением от оков религиозного воспитания, полученного в ранние годы” (там же, с. 143).

  4. qatı dindarlara görə insanı inancından edən şeytandı. Bu Eynşteyni filan yoldan çıxardan şeytan deyəsən çox savadlı olub .

  5. Paydaaaa
    Bu muselman dindarlar lapppp agin cixariblareee.
    Durub deyirler ki alimlerin 90%i dindardi. Sorusan lazimdi hansi dinin dindarlaridi o alimler eger dindardilarsa ????
    Boyuk qismi xristiandilar. Sizin kafir dediyiniz dinin numayendeleridiler. Siz ne ortaliga dusmusuz a muselmanikler ???

Bir cavab yazın