BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Allah niyə qadın deyil? (BBC)

150602123010_god_624x351_bbc_nocredit

İngiltərə Kilsəsinin bir qrup dindarı ibadət vaxtı Allaha həm kişi, həm də qadın cinsində müraciət etməyə çağırıb. Stephen Tomkins yazır ki, Allahın cinsiyyəti məsələsi barədə sual erkən Xristianlıqdan gəlir.

Xristian Kilsəsi üçün Allahın cinsiyyəti məsələsi həmişə problem olub. Onun cinsiyyəti yoxdur, amma ona necə müraciət edilməli olduğu sual olaraq qalır.

Ona necəsə müraciət edilməlidir, digər tərəfdən isə cinsiyyət kateqoriyası olan şəxs əvəzliklərindən də yan keçmək olmur.

İngilis dilindəki orta cinsdən istifadə etmək isə Allaha hörmətsizlik kimi səslənə bilər. Odur ki, kişilərin üstün olduğu cəmiyyətlərdə bu məsələ sorğu-sual edilmir. Katolik Kilsəsinin ehkamlarına görə isə Allah nə kişidir, nə də qadın. O Allahdır.

Ekiz cücəli göyərçin

Bir sıra başqa Xristian təriqətlər isə bundan da uzağa gediblər. Belə görünür ki, üçüncü əsr Suriya kilsəsində Müqəddəs ruha qadın kimi müraciət etmək adəti varmış. Onların müqəddəs kitablarından birində – “Tövmanın əməlləri” (Acts of Thomas) kitabında deyilir ki, müqəddəs Tövma Müqəddəs Ruha qadın kimi müraciət edərək söyləyərmiş: “Gəl, ey gizlinləri açan, dilə gətirilməyənləri aşkarladan, ekiz cücəli müqəddəs göyərçin…Gəl ey gizli Ana…Gəl və bu ibadətimizdə bizi dindir…”

Lakin erkən Kilsənin başqa qnostik və ya mistik təriqətləri ənənəvi Xristianlıqdan daha uzağa gedərək inanırdılar ki, Allah özlüyündə bilinməyən, həm kişi, həm də qadın olaraq müxtəlif formalarda özünüifadə edən bir varlıqdır. Məsələn, onun qadın ruh formaları həqiqət mənasını verən Alefeya (Ələviyyə – Aletheia), həyat mənasını verən Zoya (Zoe), ruh mənasında işlədilən Spiritus, Ekleziya (Kilsə) və Sofiya (Səfiyə – müdriklik) adları ilə zühur edir. Kainatı var edən Sofiyadır (hərçənd qnostiklər bunu pis əməl hesab edirlər) və o, Axirətdə İsanın zövcəsi olacaqdır. Qnostiklər özlərinin katolik opponentləri İreneusun bu sözləri ilkə vəftiz olunardılar: “Kainatın bilinməyən Atasının adı ilə və Həqiqətin, yəni bütün şeylərin Anasının adı ilə…”

Bu da nəzərə alınmalıdır ki, rəsmi Xristian kilsəsi tərəfindən qəbul olunmuş bir sıra xristian əsərlərində Allahın qadın tərəfinin ifadə cəhdlərinə də rast gəlinir. İngilis zahidəsi Norviçli Julian özünün 14-cü əsrə aid “İlahi Sevginin Açıqlamaları” kitabında yazır: “Allah bizim Atamız olduğu kimi, həm də bizim Anamızdır”.

150602113327_1julianhighres_cut

Bu ruhani qadın İsa haqqında “qiymətli Anamız” ifadəsini işlədir. O müqəddəs üçlük – Ata, oğul və müqəddəs ruhu belə təfsir edir: “Atamız istəyir, Anamız əməl edir, bizim mübarək Ağamız Müqəddəs Ruhsa təsdiqləyir”.

11-ci əsrdə Kanterberi arxiyepiskopu olmuş müqəddəs Anselm “Anam məsih” ifadəsini işlədər, Allaha “böyük ana” deyə müraciət edərmiş. Müqəddəs John Chrysostom Məsihi “dostumuz, ailə üzvümüz, qardaşımız, bacımız və anamız” adlandırarmış.

Əgər Allah kişidirsə

Son 50 ilədək Allah barəsində belə məsələləri nadir hallarda, ənənəvi dini dilin qadınları kənarda qoyduğunu iddia edən feminist ilahiyyatçılar gündəmə gətirirdilər. Məsələn, Mary Daly 1973-cü ildə yazırdı: “Əgər Allah kişidirsə, onda kişi də Allahdır”.

150602125108_ganesh_624x351_bbc_nocredit

1980-ci illərdən bəri İncilin ingilis tərcümələrində daha çox ümumi dildən istifadəyə cəhd edilib. Məsələn Kral Jamesin incilindəki “kişi oğlu” əvəzinə Yeni Standart İncil Versiyasında “bəşər oğlu” və ya “məxluq” sözləri işlədilir.

Lakin əksər İncil tərcümələrində hələ də Allah üçün kişi cinsinə aid sözlərdən istifadə edilir. Hərçənd burada müəyyən istisnalar da var. Müqəddəs Kitabın “Təzə Kimi” (Good as New) adlı radikal versiyasında, Əhdi-Cədidin John Henson tərcüməsində və Xristian Tədqiqatlarının Vahid İcmasında Allaha “sənin Atan” yox, sənin “sənin valideynin” kimi müraciət olunur.

“Atamız və Anamız”

Kilsə ibadətlərinin dilinə gəlincə isə, Britaniyanın başqa kilsələri müştərəklik mənasında İngiltərə Kilsəsindən irəli gediblər. Metodist Kilsəsinin 1999-cu ildə çap etdirdiyi ibadət kitabında Allaha “Atamız və Anamız” deyə müraciət olunur. Birləşmiş Reformist Kilsəsi 1984-cü ildə belə bir qərar qərar qəbul edib ki, özünün bütün nəşrlərində cinsiyyət baxımından müştərəklik ifadə edən dildən istifadə etsin.

Politeist, yəni çoxallahlı dinlərdə cinsiyyət problemi yoxdur. Burada istər kişi, istərsə də qadın allahlara rast gəlmək mümkündür.

Bununla belə, İudaizmdə buna bənzər hallar olub. Məsələn, 1975-ci ildə, ABŞ-da yaşayan Naomi Janowitz və Margaret Wenig ibadət kitabı olan Siddur Naşimin çap etdikləri yeni versiyasında Allaha qadın cinsində müraciət edirlər.

1996-cı ildə İslahatçı İudaizmin “Tövbə qapıları” ibadət kitabında Allaha “kral” yox, “monarx”, “ata” yox, “valideyn” kimi müraciət edilirdi.

İslamda belə bir müqayisəyə söykənən hərəkat olmayıb. Bu din belə bir interpretasiya üçün həmişə qapalı olub.

Xristianlıq və İudaizmdə isə görünür, belə təftişçilik bundan sonra da davam edəcək.

Mənbə: bbc.com

Həmçinin bax

Turan Dursun – Allah [PDF, EPUB]

  Toplumu değiştirmek isteyen herkes, ilk önce yaşadığı toplumun eskiyen, çürüyen hakim kültürü ve ideolojisiyle ...

81 şərhlər

  1. (olmuw hadisedi) Demek rayonda yas merasiminde bir nece nefer mollayla sual verirki bes molla bu ezrail qizdi ya oqlan. Mollada eleme tembellik deyirki bala sen olende ezrail sencun gelende el atarsan onun pacalarinin yuxarisina elive biwey deyse bilki oqlandi deymese qizdi 😀

  2. Qadin olsaydi sozleri bir qurana sigmazdi. 3-4unu gondererdi

  3. İbtidai-icma quruluşunda cəmiyyətin ailə təməlinin matriarxat modeli olduğundan insanlar qadını, yaxud onun süd vəzilərini tanrı olaraq qəbul edirdilər. Monoteist dinlərin yaranışı cəmiyyətin ailə təməlinin patriarxat modelinə düşdüyündən tanrılar da təbii ki, kişi olmalı idilər. Nahaq yerə müqəddəs sayılan kitablar da məhz kişilər tərəfindən yazılmışdır.

  4. Zato bizim kohne dostumuz Allahin cinsiyyetini deqiq bilir… Allah qadinlari qisqanirmish :))

  5. Her wey oz elindedi..istiyer kiwi istiyer qadin isterse biseksual ve s ve i..bu qeder gozel.hisleri yaradib ozunun yawamamasi …..;)

Bir cavab yazın