BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Amerika psixologiya assosiasiyasının ekspertləri tanrı inancını psixoloji pozuntu hesab etməyi təklif edirlər.

 

Amerika psixologiya assosiasiyasının ekspertləri tanrı inancını psixoloji pozuntu hesab etməyi təklif edirlər. Onlar 5 il ərzində apardıqları tədqiqatlardan sonra bu nəticəyə gəliblər.

Amerikalı psixoloqlar ali qüvvəyə və onun insanların düşünülmüş qərarlarına təsir etmək imkanlarına inanan insanları bir neçə il müşahidə etmişlər. Müşahidələr əsasında müəyyən olunmuşdur ki, inanclı insanlar da tez-tez paranoya, narahatlıq halları, emosional qeyri-sabitlik və hallüsinasiyalardan əziyyət çəkirlər. Tədqiqatlara əsasən müəyyən olunmuşdur ki, pis səhhətə malik inanclı insanlar tanrını qəddar, hər hansı xəstəlikdən əziyyət çəkməyənlər isə onu mehriban varlıq kimi təsəvvür edirlər.

Öz nəticələrinin illüstrasiyası üçün psixologiya doktoru Lilian Endrüs həyat xilas edən qan köçürülməsindən istənilən halda imtina edən və ölməyi daha məqbul sayan İeqova şahidlərini nümunə kimi göstərir.

Əgər bu təklif həyatda tətbiq olunsa, həkimlər bu və ya digər terapiya növünü hər hansı dini baxışlarına görə rədd edən din fanatiklərini məcburi halda müalicə etmək hüququ qazanacaqlar.

Endrüs özünümüalicə və tanrı ilə birbaşa ünsiyyət qabiliyyətlərinə malik olma düşüncələrinin də psixiki xəstəliyin əlaməti və reallıq anlayışının itirilməsi kimi qəbul edir.

Həmçinin bax

Dalay Lama dünyanı heyrətləndirən açıqlama edib

  “Sevgiyə, mərhəmətə, dözümlülüyə və bağışlamağa önəm verən bütün dünyəvi dinlər, mənəvi dəyərlərin inkişafına səbəb olub ...

13 şərhlər

Bir cavab yazın