BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ateizm və Ruh

Soul-Fragments

“Ateizm ruhun mövcudluğunu qəbul edir? Etmirsə, onun mövcud olmadığını necə sübut edir?”

Bu kimi suallar mənə tez-tez verilir və onların quruluşundan aydın olunur ki, burda bir məsələyə deyil, bir neçə məsələyə aydınlıq gətirmək lazımdır.

Birincisi, “ateizm” deyiləndə, nə nəzərdə tutulur?

“Ateizm (yun. ἄθεος – “tanrısız”) — tanrının mövcudluğunu inkar edən dünya görüşü.” (Wikipedia)

Ateizm müəyyən təlimi, müqəddəs kitabı və ayinləri olan bir ideologiya deyil. Ateist bir insan hətta dindar da ola bilər. Məsələn, klassik BuddizmRaelizm kimi dini fəlsəfələr də Tanrının mövcud olmaması dünya görüşünə əsaslanır. Amma buna baxmayaraq, məsələlən, klassik Buddizm ruh anlayışını inkar etmir, hətta dəstəkləyir.

Başqa sözlə, siz “Ateizm ‘filan’ şeyi qəbul edir?” deyəndə, sözün açığı, sizin hansı “ateizmi” nəzərdə tutduğunuzu anlaya bilmirəm.

Amma şərti olaraq qəbul etsək ki, siz Richard Dawkins kimi insanların təbliğ etdiyi ateizmi nəzərdə tutursunuz. Onda siz bilməlisiniz ki, bu insanlar ancaq elmi faktlara əsaslanmağı təbliğ edir.

Onda belə çıxır ki, sizin sualınız “Elm ruhun mövcudluğunu qəbul edir? Etmirsə, bunu necə sübut edir?” mənasını daşıyır (?).

Əgər belədirsə, onda mənim cavabım aşağıdakı şəkildə olacaq.

Xeyr, bu gün ruhun mövcud olduğunu sübut edən heç bir elmi fakt, məndə olan məlumata görə, yoxdur.

Bəs elm ruhun mövcud olmadığını necə sübut edir?!

Elm ruhun mövcud olmadığını sübut etmir və etməyə də çalışmır. Ümumiyyətlə, bir şeyi unutmaq lazım deyil ki, bir iddia irəli sürülürsə (məsələn, ruhun mövcudluğu), bu halda, sübut ediləsi nəsə varsa, o da bu iddianın həqiqiliyidir, bunun həqiqət olmaması deyil. Və iddianın (ruhun mövcudluğunun) həqiqiliyini sübut etmək vəzifəsi o iddianı irəli sürən insanların (mollaların) çiynindədir.
Mən sizin razılaşamayacağınız yüzlərlə iddia irəli sürə bilərəm və əgər siz onlarla razılaşmırsınızsa, bu o demək deyil ki, siz o iddiaların həqiqətə uyğun olmadığını sübut etmək kimi bir vəzifəyə sahib olacaqsınız.

11 şərhlər

  1. Bir defede meslehete qulaq as ne olar ki BOYUK olanda. gordunki sual verirler sende aye gonder yix her seyi Osirisin ustune,denen sual vermek haramdi,duz qoshda neseee.onuda men deyim))))) bu arada sigeni haram elemidun ki hele?))))

  2. Bu məntiq qanunudu, məntiq isə dindarlarda onlara xeyir edənə kimi olur, xeyir eləmiyəndə məntiq qanunundan kənara çıxırlar.

  3. Deyirem bugun Horusun beyni conuf inanmirsiz))))

  4. Ateist falan bilmirem ama men tanrının mövcudluğuna inanmıram. Ruh deyilen bir şey yoxdur.

  5. Din yalan əsaslanaraq insanlarda inam yaradır,Ateizm dinin cəfəng olduğunu sübut edir . amma insanlara inam verə bilmir . əslində onların yalana olan inamını öldürsə də inamsız qoyur . bu baxımdan ateizm də din kimi insana qarşıdır. Din yalanı ilahiləşdirir. ateizm illahinin olmadığını sübut edir.Amma insan ruhani varlıqdır-onun inamı,idrakı,iradəsi ,Mənəviyyatı var. İnsan öz ruhu ilə insanlaşa bilər -inamı,idrakı,mənəviyyatı iradəsiylə.dinin dediyi Ruh nağıldır.

  6. Necə məntiqsiz sual-“Ateizm ruhun mövcudluğunu qəbul edir? Etmirsə, onun mövcud olmadığını necə sübut edir?”Bəs din onun varlığını necə sübut edir? ))))

Bir cavab yazın