BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cənubi Afrikada yeni insanabənzər məxluqlar tapılıb (BBC.com 10.09.2015)

Homo naledi primitiv və müasir xüsusiyyətlərə malik

Alimlər Cənubi Afrikada bir mağaranın dərinliyindəki məzarlıqda insanabənzər məxluqlar aşkar ediblər.

15 hissədən ibarət skeletin tapıntısı Afrikada bu qəbildən ən böyük kəşfdir.

Alimlərin iddiasına görə, tapıntı insanın əcdadları ilə bağlı fikirləri dəyişəcək.

Elife jurnalında dərc edilmiş tədqiqatlar həmçinin onu göstərir ki, bu fərdlər ayin keçirmək bacarığına malik olub.

Naledi adlandırılmış məxluqlar müasir insanların aid olduğu Homo qrupuna aid edilir.

Tapıntının müəllifləri hələ ki, bu məxluqların nə vaxt yaşadığını müəyyənləşdirə bilməyiblər. Lakin qrupa rəhbərlik edən Professor Lee Berger BBC-ə bildirib ki, bu məxluqların Afrikada üç milyon ilə yaxın yaşadığına inanır.

Professor Berger bildirir ki, naledi, insanlarla primitiv ikiayaqlı primatlar arasında “körpü” kimi də düşünülə bilər.

Londonda yerləşən Təbii Tarix Muzeyindən professor Chris Stringer bildirib ki, bu “çox əhəmiyyətli kəşfdir”.

Homo naledi-ni aşkar etmiş alimlərdən ibarət qrup şəkil üçün poza verir

Skeletin tapıldığı mağara, dar yeraltı tunelə yol açır. Burada professor Berger-in qrupu Milli Coğrafiya Cəmiyyətinin maliyyələşdirdiyi ekspedisiyanı həyata keçirib.

Tunelin çox ensiz olduğunu nəzərə alaraq tədqiqat üçün cüssəsiz qadınlar seçilib. Onlar başlarındakı fənərdən istifadə edərək qaranlıq tuneldən 20 dəqiqəlik yolu keçərək məzarlıqdakı yüzlərlə sümüyü aşkar ediblər.

Tədqiqatçılar güman edir ki, Homo naledi ölmüş cəsədlərini mağaranın dərinliyinə aparıb orada buraxardılar.

Əgər bu doğrudursa, onda naledi-nin ayin həyata keçirmə qabiliyyəti üzə çıxır.

Professor Berger güman edir ki, primitiv və müasir xüsusiyyətlərə malik canlının tapıntısı insan olmağın nə mənaya gəldiyi barədə bir daha düşnməyə zərurət yaradır.

 

Həmçinin bax

New human-like species discovered in S Africa (BBC.com 10.09.2015)

Scientists have discovered a new human-like species in a burial chamber deep in a cave ...

Bir cavab yazın