BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cinslərin yaranma səbəbi

İlk əvvəl təkhüceyrəli canlılar var idi. Onlar sadə bölünmək yolu ilə çoxalırdılar. Ətraf mühitin zərərli amillərinin təsiri ilə daha davamlılar seçilərək yeni xüsusiyyətlər əldə edirlər. Yəni götürək normada pH 5-6 arası olan mühitdə 100 bakteriya olan koloniyanı birdən pH 6-7 olan mühitə yerləşdiririk. O zaman 100 bakteriyadan əksəri məhv olacaq və təsadüfən qalan 1-2 dözümlü bakteriya isə sonradan çoxalıb pH 6-7 arası yaşaya bilən koloniyaya çevriləcək. Bu istiqamətsiz, təsadüfə hesablanmış təbii seçmədir və effekti ehtimala bağlıdır. O səbəbdən cinsiyyətsiz çoxalan canlılarda növün yaşamağı say hesabına təmin edilir ki, nə qədər çox fərd varsa ehtimal ilə ətraf mühit qeyri-adi dəyişərsə onlardan ən azı bir neçəsi sağ qala bilsin. Təkhüceyrəli canlıların sayı təbiətdə maksimumdur və onlar tez tez bölünərək çoxalırlar. Ancaq canlılar təkamül etdikcə ilk çoxhüceyrəli varlıqlar yarandı. Çoxhüceyrəli varlıqların isə çoxalma sürəti heçvaxt təkhüceyrəli qədər ola bilməz, bu səbəbdən də koloniyalarında daha az canlı sayı olur. Ona görə də ehtimala hesablanmış, kəmiyyət effektivlikli cinsiyyətsiz çoxalma bu canlıların işinə yaramayıb. Hüceyrələr ixtisaslaşdıqca ilk cinsi hüceyrələr meydana gəlib ki , bu da ilk hermofrodit canlılar əmələ gətirib.

Məqsəd nə olub ? . Burda məqsəd genlərin maksimum rekombinasiyasını təmin etməkdir. Yəni götürək yenə eyni mühiti (pH 5-6) və bu mühitdə 20 hidra yaşayır. Hər hidra hermofrodit yolla çoxaldıqca maksimum fərqlilik təmin etməyə çalışır. Bu isə genlərin rekombinasiyası ilə əldə edilir . Yəni Cek adlı hidra tutaq ki tam pH 5-6 arası dözümlüdür. Amma onun genlərində rekombinasiya nəticəsində övladının biri Maks pH 5.2-6.2, digəri isə Kelvin pH 4.8-5.8 arası yaşamaq xüsusiyyəti əldə edir. Yəni bu artıq məqsədli uyğunlaşmadır. Sadəcə gələcəyə bir növ hazırlıq kimi hər fərdə qabaqcadan fərqli xüsusiyyətlər verilir. Əgər rekombinasiya olmasa idi hər hidranın övladı özünə 99% oxşayardı , yalnız bir faiz isə təsadüf mutasiya nəticəsində hansısa fərqli xüsusiyyətdə olardı. Bu zaman isə nisbətən az sürətlə çoxalan çoxhüceyrəli varlıqlar təbii mühitin dəyişən faktorlarına qarşı davamsız olardırlar. Ona görə də təkamül rekombinasiya üsulunu tətbiq etməklə məcburi kiçik variasiyalara səbəb ola biləcək mutasiyaları özü edir. Yəni rekombinasiya heçbir qamma süa filan təsirindən olmur. Bu sonrakı nəsillərin maksimum fərqlilik yaratmaq imkanıdır. Yəni Maks və Kelvin mühit dəyişmirsə yenə də çoxalaraq nəsillərini davam etdirirlər. Amma tutaqki Maksın (5.2-6.2) övladının biri Aleks rekombinasiya nəticəsində 5.4-6.4 digəri Coni isə 5.0-6.0 pH da yaşamaq funksiyası əldə edir ( rekombinasiya hermofrodit canlılarda götürək ki maksimum 0.2 yuxarı və ya aşağı sürüşmə verə bilə ), və mühit hələki dəyişmədiyi halda Aleks əlbəttə daha davamsız fərd sayılacaq və 40% ölüm şansı olacaq ( çünki 5.0-6.0 mühit hal hazırda varsa 5.4-6.4 dözümlüyü olan fərd, 5.0-5.4 pH arasında məhv olacaq ) Amma digər övladı Coni isə 100% yaşama şansı olacaq . Lakin bu o demək deyilki mütləq Aleks məhv olacaq, və Aleks kimi orta statistikadan çox fərqlənən fərdlər rekombinasiya nəticəsində yaranacaq, çətin və qısa ömür yaşasalar da yenə də koloniyada olacaqlar və beləliklə ortalama olaraq mühit dəyişmədikcə hidra koloniyasında təxminən 4.6-5.6 — 5.4-6.4 diapazonda olan fərdlərdən ibarət olacaq , amma əlbəttəki əksər fərdlər yenə də 5.0-6.0 arası olacaq. Aleks kimilər dözümsüzlüyü səbəbindən daha az olacaqlar. Amma gəlin baxaq birdən mühit tədricən 6-7 pH arasına doğru dəyişir . Burda Kelvin kimilər avtomotik məhv olur ( çünki Kelvinin maksimum yuxarı həddi 5.8 idi ) , amma Maks və onun Aleks tərəfdən olan nəsli isə əksinə daha yaxşı yaşamaq şansı qazanır və getdikcə bir neçə papulyasiyadan sonra Aleksin nəsli diapazonu yuxarı sürüşdürərək koloniyanın yaşama pH-nı 6-7-ə çatdırır.

Yəni burda cinsiyyətsiz çoxalmadan bir çox üstünlüklər gördük. İlk üstünlük say az olduqda belə övladlarını əvvəldən kritik hallara hazırlamaq. Yəni lori dilə desək bir adada qalan ata bir övladına balıqçılıq daha çox öyrədir, digərinə isə əkinçilik. Əgər balıq azalarsa birinci övlad əgər meyvə azalarsa ikinci övlad çətinlik çəkəcək. Amma ümumi olaraq nəsil hər bir xüsusiyyətə əvvəldən nisbətən hazır olduğu üçün o fərqli xüsusiyyətə malik övladın nəsli artaraq yeni mühitə daha tez uyğunlaşacaq. Bu hermofrodit çoxalma demək papulyasiyanın maksimum fərqliliyini təmin edir. Amma burda da bir əmma meydana çıxır. Maks və övladı Aleks bildiyimiz kimi kənar pH a əvvəldən proqramlaşmış fərdlər idi. Və pH yuxarı sürüşdükcə Maks və Aleksin övladları ancaq koloniyanın genetik bazasını təmin edir. Bu isə təkamül cəhətdən mənfi amil sayılır. Çünki orta statistik diapazondan kənara çox çıxan fərdlərin digər genlərində də çoxsaylı həmin ana görə lazımsız rekombinasiya əlamələri olur. Yəni lori dildə desək Aleks əgər mühit dəyişməyəcəksə cəmiyyətin artığı sayılır, dözümsüzü sayılır və yalnız bir cəhətə görə onun nəslinin davam etməsi və koloniyanı əvəzləməsi birçox cəhətdən koloniyanı digər faktorlara qarşı çox dözümsüz edir. Bu səbəbdən təkamül getdikcə daha yeni variantlar axtarır və cinsi hüceyrələrin bir hermofrodit fərddən digərinə keçib mayalandırmanı yaradır.

Bunun üstünlüyü isə nədir ? Yəni tutaq ki dediyimiz Aleks mühit dəyişən zaman daha yaxşı sağ qaldı və daha çox çoxalma şansı əldə etdi, bu zaman o öz spermatozoidi ilə hələki əvvəlki mühitə daha davamlı olan amma artıq dözümsüz sayılan fərdləri mayalandırır. Və artıq digər hidraların da yumurtahüceyrələri Aleksin spermatazoidləri ilə mayalandığından övladlarda yaşama diapazonu getdikcə yuxarı doğru dəyişir. Amma buna baxmayaraq Aleksdə olan digər mənfi xüsusiyyətlər digər nisbətən normal hidraların nisbətən normal genləri ilə kompensasiya olunaraq daha sağlam nəsil yetişir. Yəni götürək ki belə lori dildə izah : Bir gəmi batır gəmidə 10 kişi 10 qadın olur. Gəmi elə bir adaya düşür ki orda ağaca cəld çıxmaq üçün barmaqların uzun olmasa tez məhv olursan. Və bu 10 kişinin içindən istər istəməz kimsə barmaqları uzun və ağaca cəld çıxa bilən olmalıdı. Bu zaman getdikcə vəhşi heyvanlar o ağaca çıxa bilməyən ya gec çıxan 9 kişini yeyirlər və qalır bircə həmin ağaca çıxa bilən Aleks, amma Aleks əgər elə qeyri-adi bacarığa malikdisə təsəvvür edək ki Aleks hermofroditdi və heçkimlə yox yalnız öz özülə çoxalır. Və Aleksin özündən ancaq özünə oxşar nəsil meydana gəlir. Amma bəlkə Aleks ağaca cəld çıxırsa heç üzə bilmir və ya hemofiliya xəstəsidi ( bu adətən onsuz elə olur ki hansısa bacarıqda üstün olan şəxs digər cəhətlərdən adətən dözümsüz və ya genetik qüsurlu olurlar ) . Amma Aleks indi artıq hermofrodit deyil, erkək rolunu oynayır və adaya düşən o qadınları əlbəttə Aleks mayalandıracaq. Övladları ağaca çıxmaqda əlbəttəki nisbətən ona oxşayacaqlar və çıxa bilməyənlər onsuz bir neçə nəsil sonra məhv olacaq. Amma hər övladın yarı geni Aleksdən yarı geni isə qadınlardan olduğuna görə Aleksin hər mənfi cəhəti övladlarında olmayacaq. Çünki 10 qadının əksəriyyəti baza diapazona malik genlərə sahibdirlər, sanki onlar təbii seçimlə ən üstün olan kişinin sırf hazırki mühit üçün lazım olan xüsusiyyətini seçib, digər xüsusiyyətlərini isə öz normal genləri ilə kompensasiya edirlər. Ona görə də artıq hermofrodit canlılarda tədricən spermatozoidlərin birindən digərinə keçib mayalandırma prossesi başlayır.

Hər şey yaxşıdı , tez mühitə uyğunlaşmanın mexanızmi var, xarab nəsil yetişmir. Bəs onda niyə bu hermafroditlər iki cinsə ayrıldılar ? Əsas məqam isə orqanizmlərin getdikcə mürəkkəbləşməsi və bu səbəbdən də çoxalma sürətlərinin aşağı düşməsidir. Çoxalma sürəti aşağı düşdükcə isə fərd sayı az olduğu halda daha tez uyğunlaşmanı təmin etməlidir. Lori dildə desək aşağı sürətlə çoxalan canlılar üçün övlad itgisi daha ağırdır. Övlad daha dəyərlidir. Bayaq dediyim ada misalında mən artıq 10 kişi və 10 qadın dedim adaya düşüblər. Bunu təsəvvür edək ki 20 hermofrodit insandılar. Onlardan yenə də Aleks ağaca yaxşı dırmaşır və sağ qalan 3-4 digər hermofroditi də mayalandırıb nəsillərini davam edirlər. Amma iş orasındadki bütün hamı eyni cinsdirsə hamı ova getməlidir. İş bölgüsü, funksiya bölgüsü yoxdu. Yerdə qalan o 3-4 hermofrodit də demək ki ən azından ağaca yaxşı çıxanlardılar. Yenə də koloniyanın diapazonu normadan kənara sürüşür və nəsil lori dildə desək daha azsaylı fərdlərdən başlayıb çoxaldığına görə cırlaşır. Nəslin həm normal xüsusiyyətlərini saxlayıb həm də dəyişən mühitə cəld və operativ reaksiya verib, daha çox fərdlərdən genetik məlumat saxlamaqla çoxalmanı təmin etmək üçün hermofroditlər mütləq şəkildə ixtisaslaşmalı idilər. Yəni dediyimiz adada təsəvvür edək ki hermofroditlər şüurludurlar və 20 nəfəf adaya düşən kimi hər kəs ova getmir. Bölüşürlər 10 nəfər deyirlər nəsil artıracıq təhlükəsiz bir yerə sığınıb, digər 10 nəfər isə ova gedəcik . Burda artıq cinsi ixtisaslaşma başlayır. Yəni o ova çıxan 10 nəfərdən 9u ağaca çıxa bilmədiklərinə görə məhv olacaqlar , Ancaq Aleks sağ qalacaq və Aleks hermofrodit olsa da onun qadın funksiyası gərəksiz olacaq. Çünki sığınacaqda olan digər 10 hermofrodit artıq qadın funksiyasını yerinə yetirməlidir. Aleks bütün 10 qadınlaşmış hermofroditi mayalandıracaq və nəsil daha geniş genetikaya sahib amma ağaca da çıxmaq bacarığına meyilli nəsil yaranacaq. Yəni həm yeni mühitə tez uyğunlaşma təmin edilir həm də az saylı fərdlərin cır nəsli yox, çoxsaylı fərdlərin daha normal nəsli təmin edilir. Burda Aleks və onunla ova çıxıb məhv olanlar operativ element, sığınacaqda qalıb genetik genişliyi təmin edən və övladları böyüdənlər isə konservativ element sayılır. Yəni bu bir növ müharibə taktikasına bənzəyir. Bir var bütün ordunu heçbir kəşfiyyat aparmadan yönəldəsən tutaqki hansısa dağı zəbt etməyə. Əlbəttə itgi daha çox olacaq ( təxminən 50%) . Bir də var 100 nəfərlik ordudan 10 nəfər ayırıb kəşfiyyata göndərəsən və o kəşfiyyat qrupundan bir nəfər belə sağ qayıtsa və dəyərli məlumatı gətirib ordunun əsas hissəsinə çatdırsa və ordu o məlumatla o dağı daha az itgi ilə zəbt edəcək. Yəni cinslərin əmələ gəlməsində də ən mühum səbəb məhz çoxalma sürəti aşağı düşdükcə itgiləri azaltmaqdır. Yəni erkəklər operativ element rolu oynayırlar ( dediyim orduda kəşfiyyatçılar ) , qadınlar isə konservativ element ( ordunun əsas hissəsi ) . Bütün qadın və kişi davranışında və psixologiyasında fərqlər də bu səbəbdən yaranır . Cinslər ayrıldıqca isə getdikcə mühitə daha yaxşı və tez uyğunlaşmaq üçün erkəklərdə fərqlilik daha çox əmələ gəlməyə başlayır. Yəni fikir versəz bir qrup insan arasında ən ağıllı da oğlan olur, ən ağılsız da, ən yaxşı üzə bilən də oğlan olur , ən pis üzən də. Yəni hansı sahəyə fikir versək kişilərin bir birindən fərqlənməsi qadınların fərqlənməsindən daha çoxdur. Bu o deməkdirki təbiət erkək fərdləri əvvəldən bilərəkdən fərqli yaradır , lori dildə desək hər ehtimala .

Yəni hər ehtimala hansısa Aleksdə barmaqları daha uzun qoyurki işdi birdən adaya düşərsən cəld ağaca çıxmaq lazım olar. Bu üsulla təbiət yaşama diapazonunu daha dar ancaq fərqli olaraq erkəklərdə, daha geniş lakin stabil olaraq qadınlarda verir. Buna bir misal məsələn qadınlar bildiyimiz kimi istiyə və soyuğa daha davamlı olurlar. Amma hansısa kişi soyuğa daha davamlıdır amma o orta statistik kişi deyil artıq, onun diapazonu aşağı sürüşmüşdür və o istiyə digər normal kişilərdən daha az davamsızdır. O səbəbdən qadınların yaşama diapazonu, əlamətlərin dispersiyası daha genişdir. Yəni qayıdaq su muhitində indi bakteriyaları yox hansısa iki cinsli canlını məsələn balıq təsəvvür edək. Dişi balıqlar demək olar ki pH 5.0-6.0 arası indiki mühitə davamlı formada doğulurlar. Çünki uzun illər su bu aralıqda turşuluqda olub və dişilər də konservativ element kimi bu diapazonda doğulurlar. Uzaqbaşı götürək ki hansısa dişi 4.9-5.9 və ya 5.1-6.1 doğulur. Amma erkək balıqlar isə daha geniş diapazonda doğulurlar, hətta mühit sabit olsa belə ( yəni hər ehtimala ) . Məsələn hansısa erkək balıq birdən birə 5.8-6.4 aralıqda doğulur. Həm də diapazon daha dar olur. Sırf mühiti daha yaxşı hiss etmək üçün. Yəni bu erkəyin yaşama keyfiyyəti cəmi 20% olur hazırki mühitdə, amma buna baxmayaraq mühit anidən 6-7 pH-a dəyişərsə 40% sağ qalmaq şansı olur. Nəzəri cəhətdən götürsək ki 100 balıq koloniyası var idi və tədricən mühit pH yüksəlməyə doğru gedirsə o zaman ən birinci aşağı pH uyğun erkəklər məhv olur ( çünki dişilərin diapazonun yuxarı sərhədi diapazon geniş olduğuna görə daha yuxarıda olur ). Və yuxarı pHa uyğun erkəklər hələki tam sağ olan qadınların hamısını mayalandıraraq, mühit pH stabil yuxarı çatana qədər demək olarki koloniyanın yaşama diapazonunu yuxarı sürüşdürürlər. Həm itgi az olur, həm də dişi fərdlərin itgisi ən minimal olduğu üçün bütün normal genetikanı ( yəni baza genetikanı ) qoruya bilirlər. Lori dildə desək kişilərin yaşama diapazonu təbiət tərəfindən süni sürətdə qısaldılıb. Yəni baza olaraq bütün xüsusiyyətlər qadınlarda qorunur və normal bir növün yaşama diapazonların onların dişilərinin yaşama diapazonudur. Yəni birdən birə tutaqki hansısa şəhərdə hava dəhşət isinir. Sizcə məntiqlə kim şəhərdən çox qaçacaq ya istidən tələf olacaq ? Əlbəttəki kişilər daha çox.

Yəni dəhşət istinin düşməsi tutaqki 100 minlik şəhər əhalisinin 50 min qadından cəmi 10minin ölməsinə və ya köçməsinə səbəb olursa, kişilərin hardasa 20mini ya öləcək ya şəhərdən çıxacaqlar. Amma yerdə qalan 30000 kişi içindən belə istiyə daha davamsızların həyat keyfiyyəti düşəcək, tutaqki işləyə bilməyəcəklər , evlənə bilməyəcəklər və s. Nəticədə istiyə daha davamlı, istidə işləyə bilən, normal özünü hiss edən tutaq ki 10-15 min kişi şəhərdə qalan 40 mini qadını mayalandırır və nəslin istiyə davamlığı artır. Cinsi çoxalmanın əmələ gəlmə səbəbi budur. Bir daha təkrarlayaq bir növ müharibədə kəşfiyyatçı və əsas ordu necəki mütləq olmalıdır , zəif sürətlə çoxalan canlılarda da mütləq cinsiyyətli çoxalma olmalıdır ki mühit dəyişərkən itgi minimal olsun və əmələ gələn nəsil də cırlaşmasın . Yəni cinslərin əmələ gəlməsi təkamülün mütləq məntiqi nəticəsidir. Cinsiyyətsiz çoxalma kəmiyyətin hesabına, hermofrodit çoxalma fərqlilik hesabına, cinsi çoxalma isə keyfiyyətin hesabına növün sağ qalmasını və təkamülünü təmin edir.

 

Həmçinin bax

Cənubi Afrikada yeni insanabənzər məxluqlar tapılıb (BBC.com 10.09.2015)

Alimlər Cənubi Afrikada bir mağaranın dərinliyindəki məzarlıqda insanabənzər məxluqlar aşkar ediblər. 15 hissədən ibarət skeletin ...

11 şərhlər

  1. Elnur bəy yazan əlləriniz dərd görməsin. indi yuxum gəlir sabah oxusam inciməsiniz yəqin. Kafirlər gecəniz xeyrə qalsın.

  2. Axıra kimi bir zülümlə gəlib çıxmışdım yuxarısı yadımdan çıxdı

  3. ))) Bes ilk canlı hüceyresi nece yarandı?

  4. Twitterde bayaq oxudum amma indi bele oldu.Bilmirem niye:(

  5. Əşşi, neynirsüz baş sındırıb. Birdəfəlik hərşeyi Allah yaradıb deyün, qutarsun çıxsun getsün də. Işiüz-gücüz yoxduye sizün vallah.))

  6. Bu Aleks də Polad Alemdar kimi ölmək bilmir ee 😀

  7. Maraqlı misallar verilib məqalədə.. Təşəkkür.. 🙂 əllərinə sağlıq müəllifin…

Bir cavab yazın