BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dalay Lama dünyanı heyrətləndirən açıqlama edib

 

“Sevgiyə, mərhəmətə, dözümlülüyə və bağışlamağa önəm verən bütün dünyəvi dinlər, mənəvi dəyərlərin inkişafına səbəb olub və olur. Lakin, bu gün reallıq belədir ki, əxlaqı din ilə bağlamağın heç bir anlamı qalmayıb. Bu səbəbdən, mən hər gün bir daha əmin oluram ki, mənəvi dəyərlər və əxlaq mövzusunda ümumiyyətlə dinlər olmadan da yaşaya bilərik” – bu sözləri Dalay Lama öz Facebook hesabında yazmışdır.

Tibet dini lideri özünün 2011-ci ildə dərc etdiyi “Dindən kənar. Bütün dünya üçün əxlaq.” adlı kitabından sitat gətirib və orada qeyd edib ki, din özü-özlüyündə heç bir dünyəvi problemləri həll etmək iqtidarında deyil.

“Dinə əsaslanan, bizim daxili dəyərləmiz ilə üst-üstə düşməyən hər hansı bir qərar universal ola bilməz və əlbəttə hər kəsə xitab etməyəcək. Bizə bu gün dinə müraciət etməyən, eyni zamanda həm inanclı, həm də inancsızlar üçün keçərli ola biləcək əxlaq normaları gərəkdir: bu isə dünyəvi əxlaqdır” – deyə o bildirib.

“Los Angeles Times” qəzeti qeyd edir ki, 77 yaşlı budda rahibi “dinləri ifşa etmir”, sadəcə günümüzdə aktual olan və mərhəmət tələb edən məsələlərdə hər kəsə xitab edə biləcək universal mənəvi dəyərlərin önə çəkilməsini təklif edir.

Dalay Lamanın istifadə etdiyi bənzətmə belədir: “Əxlaq və din arasındakı fərq su ilə çay arasında olan fərqə bənzəyir. Dini məzmunu olmayan əxlaq sağlamlıq və sağ qalmaq üçün vacib olan suya bənzər. Din ilə qarışdırılan əxlaq isə çay yarpaqlarından, ədviyyatlardan, şəkər tozundan, Tibetdə isə əlavə olaraq bir çimdik duzdan ibarət ətirli və faydalı çaydır”.

“Çayın necə hazırlanmasından asılı olmayaraq, əsas ingridient həmişə su olacaq. Çaysın keçinə bilərik, lakin susuz yaşaya bilmərik. Eyni ilə hamımız dindən azad dünyaya gəlirik, lakin mərhəmət hissinə ehtiyacımız bizimlə birgə doğulur”.

1989-cu ildə dünya Nobel mükafatına layiq görülən Dalay Lama, artıq uzun illərdir ki, mərhəməti, dini dözümlülüyü və müasir dövrdə elmin və mənəviyyatın məhrəmət naminə birləşməsinin zəruri olması fikrini təbliğ edir.

Həmçinin bax

Amerika psixologiya assosiasiyasının ekspertləri tanrı inancını psixoloji pozuntu hesab etməyi təklif edirlər.

  Amerika psixologiya assosiasiyasının ekspertləri tanrı inancını psixoloji pozuntu hesab etməyi təklif edirlər. Onlar 5 il ...

9 şərhlər

  1. Sağ əli Roma Papasının, bir də Şeyxulislamların başına….

  2. Bu insanani bezi molla ve keşişlerden agilli insan sayiram 🙂 cox maraqli musahibeleri var ))

  3. Mən həmişə dindarlarla mübahisəmdə onlara sual verirəm. İnsan susuz, yeməksiz, havasız, torpaqsız yaşaya bilməz, amma dinsiz yaşamaq mümkündür, necə ki, əsrlər boyu komputersiz, maşınsız yaşamışıq. Dədə babalarımız min illərlə oda, suya, ağaca, heyvana inanaraq yaşayıb, sənin dinin isə onların daha təkmilləşmiş, qanunlar halına salınmış variantıdır.

  4. Azerbaycan ve ya Rus dilinde kitabi olsaydi oxuyardim :/ Bu kişi dahidir .

  5. İnanın tanrıya çox bağlı və dinə çox bağlı insanlara bu heç cür təsir etməz. Mən belə düşünürəm bunlar elə dinə tarıya bağlı olsalar yaxşıdır. Özlərini içdən yeyib bitərlər bəlkə.

  6. Dalay Lama Mərkəzi Kəşfiyyat Idarəsinin Tibetdəki casususudur. Amma doğru acıqlama verib

Bir cavab yazın