BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ən çox verilən suallar (FAQ)

Horus kimdir?

Horus (və ya Horos, Hor), Qor – erkən Misir mifalogiyasına görə baş tanrı sayılır. Ən qədim dövürdə göylər tanrısı, Horus bir (çox hallardaHor) qədim Misir dilindəki Hr (yüksəklik, səma mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad göy tanrısına aid edilir. Digər tanrıların adları kimi bu ad da qədimdən bir çox formalara malik olmuşdur.

Mənbə: https://az.wikipedia.org/wiki/Hor_(tanrı)

Osiris kimdir?

Osiris (qıpti. wsjr, q.yun. Ὄσιρις, lat. Osiris) – Qədim Misir mifologiyasına görə axirət dünyasının hökmdarı, dirçəlmə və münbitlik tanrısı.

Osiris dirçəliş və yeraltı dünyanın tanrısı olmuşdur. Əski Misir yazıları, eləcə də yunan yazarlarına görə, o, yer tanrısı Geb və göy tanrısı Nutun oğlu, eləcə də İsis tanrıçasının qardaşı və əri, Neftis və Setin qardaşı, Horusun atası olmuşdur. Misir ənənəsinə görə, Osiris yer üzərində ilkin tanrılardan sayca dördüncüsü olmuş, çarlığı atası Atum-Ra’dan, babası Şu’dan, atası Geb’dən almışdır. Misir üzərində çarlığ edərkən o, insanları adam yemək və vəhşi yaşamdan çəkindirmişdir. Osiris insanları arpa və buğda əkməyə, üzümçülüyə, çörək bişirməyə, çaxır düzəltməyə, qızıl və mis filizləri emal etməyə, şəhərlər salmağa, təbabətə öyrəşdirmişdir.

Mənbə: https://az.wikipedia.org/wiki/Osiris

Məqsədiniz nədir?

Hədəfimiz cəhalətə, qəddarlığa və mövhumata aparan dinlərdir.

Ateizm nədir?

Ateizm (yun. ἄθεος – “tanrısız”) — tanrının mövcudluğunu inkar edən dünya görüşü.

Geniş mənada, ateizm tanrının varlığına inanmayan, tanrının varlığını bəyan edən dini təlimləri rədd edən fəlsəfi-elmi mövqedir.

Mənbə: https://az.wikipedia.org/wiki/Ateizm

Aqnostisizm nədir?

Aqnostisizm (qəd. yun. ἄγνωστος — naməlum, bilinməyən) — tanrıların varlığının və ya yoxluğunun bilinə bilməyəcəyini nəzərdə tutan elmi fəlsəfi cərəyan. XIX əsrin ikinci yarısında formalaşıb.

Bu cərəyanın tərəfdarlarına aqnostik deyilir. Qədim yunan dilindəki “agnostos”, yəni “bilinə bilməz olan” sözündəndir. Gerçəkdə, bir dindən ya da təlimlər bütünündən çox bir anlayışdır. “Naməlumçuluq” olaraq təyin olunması, əslində dinlərin qarşıya qoyduğu Tanrı anlayışının olmadığını iddia etmir. Bu axın, insanın bilmə bacarığının məhdud olduğunu və bu səbəblə, görülə bilənin ardındakı həqiqəti tuta bilməyəcəyini müdafiə edər.

Mənbə: https://az.wikipedia.org/wiki/Aqnostisizm

Deizm nədir?

Deizm (lat. deusTanrı) – Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizmin daxilində çoxlu cərəyanlar var. Deizmin sərt qanunları olmadığına görə onun sərhədlərini də müəyyən etmək çətindir. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Bundan əlavə Deizm Tanrının mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.

Mənbə: https://az.wikipedia.org/wiki/Deizm

Teizm nədir?

Teizm (yun. Θεός, Teos – tanrı) — zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Tanrının mövcudluğunu qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir.

Mənbə: https://az.wikipedia.org/wiki/Teizm

Siz ateistsiniz yoxsa aqnostik?

Bu sual “Bu meyvə almadır, yoxsa qırmızı?” sualına bənzəyir.

Mən də əvvəllər elə düşünürdüm ki, bu iki anlayış (ateizm və aqnostisizm) bir-birlərini istisna edir. Amma daha çox araşdırdıqca. bu iki anlayışın bir-birlərini istisna deyil, tamamlaya bildiyini anladım. Necə ki, alma qırmızı da ola bilər, qırmızı pomidor da ola bilər, qırmızı olmayan alma da ola bilər.

Aqnostisizm — Tanrının varlığına və yoxluğuna dair münasibət bildirən bir anlayış deyil, o, Tanrının varlığına və ya yoxluğuna dair MƏLUMATA münasibət bildirir. Aqnostisizm “Biz bunu bilmirik” deyir.

Buna əks olaraq, qnostisizm “Tanrının var olub-olmadığını bilirik” deyir. Yenə də, burda münasibət məhz Tanrının var olub-olmadığına dair məlumatın mövcud olub-olmadığınadır.

Aqnostisizm və qnostisizmdən fərqli olaraq, ateizm və teizm bu məlumata deyil, birbaşa Tanrının var olub-olmadığına dair düşüncələri əks etdirir.

Başqa sözlə desək, aqnostik olan bir insan ateist də ola bilər, teist də ola bilər. Eyni ilə, qnostik olan bir insan ateist də ola bilər, teist də.

Məsələn, aqnostik ateist belə düşünür: “Tanrının var olub-olmadığına dair heç bir sübutumuzun olduğunu düşünmürəm, amma Tanrının mövcud olduğuna inanmıram (qəbul etmirəm)”

Və ya qnostik teist belə düşünür: “Tanrının var olub-olmadığına dair dəlillərimiz var və mən inanıram (bilirəm) ki, Tanrı var”

Bəli, bəzi insanlar var ki, israrla ateizmə və ya teizmə özünü aid etmədən: “Mən aqnostikəm” – deyir. Düşünürəm, bu insanlar sadəcə inanclarının olduğunu göstərmək istəmir və ya nəyə inandığını demək istəmir. Amma, zənnimcə, əgər bir insan öz həyatını heç bir Tanrının mövcudluğunu nəzərə almadan yaşayırsa, o, ateistdir… başqa sözlə desək, tanrısızdır (a-sız, theos-tanrı).

Bunların hamısını nəzərə alsaq, mən, yəqin ki, aqnostik ateistəm. Mən Tanrının var olub-olmadığına dair heç bir məlumatın (dəlilin, faktın) olduğunu düşünmürəm. Eyni zamanda, mənim həyatım Tanrısız keçir. Mənim dünya görüşümdə Tanrı yoxdur. “Onun üçün dünya görüşümdə yer yoxdur” – deyə bilmərəm. Onun üçün dünya görüşümdə çox yer var. Məsələn, Şiva kimi, Himalay dağlarının başında yaşaya bilər. Amma bu belə olsa da belə, mənim bundan xəbərim yoxdur.

3 şərhlər

  1. bu suallarin cvbni tapmaq cox cetindiki guya

  2. Ínanılmaz açıqlayıcı.