BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ateist diktatorlar

Home Forums Başqa mövzulara dair suallar Ateist diktatorlar

This topic contains 4 replies, has 3 voices, and was last updated by  Horus Osiris oğlu 2 years, 6 months ago.

Viewing 5 posts - 1 through 5 (of 5 total)
  • Author
    Posts
  • #278

    Ürfan Məmməd
    Participant

    Salam bu gün bir şeyi və onu sizlə bölüşmək istərdim. Bir çox hallarda İslamın şiddət,, terror dini olduğu iddia edilir, dindar tiranlarla bağlı paylaşımlar edilir. Amma müqayisə aparsaq görərik ki, başda kommunizm və faşizm olmaqla, bir neçə milyonlarla insanın qətlinə səbəb olmuş ideologiyanın kökündə ateizm dayanır. Bununla bağlı fikirlərinizi öyrənmək xoş olardı. Əvvəlcədən təşəkkür edirəm!

    #281

    Atilla Gokturk
    Participant

    Tutaqki razilasriq ateislet edib o muharibeleri.Zehmet olmasa, dunyada ele bir olke gosterinki onun konistitusiyasinda yazilsinki <tanriya inanlari harda tutsaz oldurun>,bu halda demek olarki ateizm qan token bir dusuncedir. amma islamla bagli bele fikrin olmagi Islam olkelerinin idare oldugunu qanunlara esasendi ki, quranda kafirleri yeni Tanriya, ustelikde onlarin teyin etdiyi tanriya inanmayanlari oldurun deye emr var.Hele bunun yaninda muctehidlerin fetvalari meselen, kafielre qiz vermiyin, onlarla ticaret etmiyin ve sair.fashistlerin,komunistlerin etdikleri muharibelere qaldiqda ise ,onlarin hec biri ideologiya muharibesi deyildi, sirf dunyanin qit olan tebii ehtiyatlarina daha cox sahib olma ,guclu olma arzusundan qaynaqlanib.Her bir bahsci kutleni idare etmek ucun, pafoslu sozlerden istifade etmek mecburiyyetide qalir bu da insanlara ele gelirki sirf inanc ugruna doyusurler, Eger bir gun dindarlar anlasa ki onlarin mubarize apardigi, her yere yaymag istedikleri dinin bahscilarnin ozleri, ovladlari aileleri hansi heyati yashayir hamisida olmasa bir coxu tupurecek bu dine.shexsen men bir ereb sheyxinin qizini yaxindan hemde cox yaxindan tanimisham.:):)INdi demeyinki Islam yaxshidi muselman pis onda .. xahis edirem birce bu cumleni demeyin cunki birinci muselman ele islami yayan ve etrafidi eger muselman pisdirse demek sunnetine emel elediyi pisdirki bele alinir.

    #282

    Ürfan Məmməd
    Participant

    Qardaş, əvvəlcə qeyd edim ki, dindar deyiləm deistəm, sonra isə onu bildirim ki, quranda kafirləri öldürün yazır, deyirsiz, amma məsələn mən bilən axı o ayə müharibə aparan, anlaşmaya varmaq istəməyən kafirlər üçündür. Bununla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

    #283

    Atilla Gokturk
    Participant

    Qurani kim nece isteyirse ele yozur ve elecede KAfirleri oldurun ayesi Beqere 191,Tovbe 9 .islamla yaxindan tanis olan her kes bilirki Bu din inanmayanlari oldurmek ve oz kimi inanmayanlardanda xerac yigmaq emri verir.Eger kim dese ki yoxda burda onlara muharibe elan edenlere qarsidir bu aye onda Bedr savashini izah etsin?! Ki Mehemmed ozu terk elemishdi Mekkeni onlarda muselmanlarin yiyesiz qalan mallarini yigib aparirdilar satmaga bularda oz mallarini geri almag ucun vurshdular. Yeni onalara muharibe elan eden olmamishdi Hetta mehemmed sag eli olan ebyu bekri hecce de gonderirdi . Ikincisi Ereb xelifeleri ishagl edikleri olkelerin hansi birinci olaraq onlara hucum etmishdi? Mongolalrdan bahsqa, Butun erebistan yarmadasi shimali afrika, hamisini erebleshdirdiler islam adi altinda.Xristianlarin tanrisini peygamberlerini qebul edirlerse niye onlardan cizye yigfirdilar? Hansiki mehemmed ozu canini qurtarmaq ucun xristanlara siginmishdi vaxtinda istifade eledi sora guclendi qan uddurdu. yehudilerin tanrisini peygamberini qebul edirler bes niye butun quran boyunca yehudileri adam yerinede qoymurlar????? sual minlerledir. 15 gun mescide gedin istenilen mescide goreceksiz islam kimi oldur deyir kimi yox? Birde sonuncu sual bes Transsexuallar nece olru niye onlara olum hokmu oxuyurlar? Insan deyil onlar???

    #285

    Ürfan bəy, bu məsələyə toxunduğunuz üçün təşəkkürlər. Və gec cavab yazdığım üçün üzrlü hesab edin, lütfən (münasib vaxtım yox idi).

    Bir çox dini dəstəkləyən və ateizmi tənqid edən səhifələrdə sizin vurğuladığınız məsələyə dair dərclər görmüşəm: müəyyən diktatorları (Stalin, Hitler, Kim Jong-un və s.) nümunə gətirərək ateizmin guya nə ilə nəticələnəcəyini təsvir etməyə çalışırlar.

    İlk öncə, adlarını çəkdiyiniz anlayışların nə anlamına gəldiyini bir daha sizinlə birlikdə xatırlamaq istərdim.

    Ateizm (yun. ἄθεος – “tanrısız”) — tanrının mövcudluğunu inkar edən dünya görüşü.
    Geniş mənada, ateizm tanrının varlığına inanmayan, tanrının varlığını bəyan edən dini təlimləri rədd edən fəlsəfi-elmi mövqedir.

    (Wikipedia)

    Kommunizm (lat. commūnis – ümumi) — kapitalizmi əvəz edən ictimai-iqtisadi formasiya: istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanır. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi, fazası.

    (Wikipedia)

    Faşizm (lat. fascio, it. fascismo, tərc. “dəstə”, “birlik”) — siyasi cərəyan kimi Birinci dünya müharibəsindən sonra meydana gəlmişdir. Faşizm İtaliyada yaranmışdır. 1922-ci ildə burada Benito Mussolininin rəhbərliyindəki faşist partiyası hakimiyyətə gələ bilmişdir. Sonralar bu hərəkat dünyanın bir çox ölkələrinə yayılmışdır.

    (Wikipedia)

    (Faşizm haqqında qısa izah tapa bilmədim, amma, yəqin ki, hamımız onun nəyə əsaslandığını xatırlayırıq)

    Ateizm, sosializm, faşizm, törədilən kütləvi qətllər və diktatura… Bunlar əlaqəlidirmi?!

    Ateizm sosializmi təbliğ edirmi?!
    Ateizm faşizmi təbliğ edirmi?!
    Sosialist ateist ola bilərmi?! Bəs sosialist Xristian, Müsəlman, İudaist və s.?!
    Faşist ateist ola bilərmi?! Bəs faşist Xristian, Müsəlman, İudaist və s.?!

    Ümumiyyətlə, bunlar bir-birləri ilə kəsişən ideologiyalardılarmı?!

    Faşizmin “Tanrısı” hesab olunan Hitler, katolik olub və Müsəlmanlarla arası çox yaxşı olub. Onun yazdığı “Mein Kampf” kitabında Yəhudiləri məhv etmə missiyasının ona Tanrı tərəfindən verildiyinə bir neçə dəfə işarə edir.

    “Hence today I believe that I am acting in accordance with the will of the Almighty Creator: by defending myself against the Jew, I am fighting for the work of the Lord.”

    (Hitler, Adolf (1999) Mein Kampf. Trans. Ralph Manheim. New York: Mariner Books, p. 65.)

    Tərcümə: “Bu səbəbdən mən inanıram ki, mən Qüdrətli Yaradanın iradəsinə uyğun davranıram: Yəhudilərə qarşı özümü müdafiə etməklə, mən Tanrının məqsədi üçün vuruşuram”

    Hitlerin dini baxışları haqqında burda daha ətraflı oxuya bilərsiniz (İngiliscə).

    Mən əsla Hitlerin əməllərinə Xristianlar cavabdeh olduğunu demək istəmirəm, çünki anlayıram ki, bunun Xristianlığın bugünki ideologiyası ilə əlaqəsi, demək olar ki, yoxdur. Bəs, görəsən, dindarlar niyə hələ də Hitlerin, Stalinin, Leninin və sairələrin törətdiyi əməli bugünki ateizm ideologiyasına bağlamağa çalışırlar?!

    Ateizmin doktrinası varmı?! Varsa, o nədir?! Nəyi öyrədir?! Nəyə çağırır?! Nə ilə ziddir və nəyi dəstəkləyir?! Məncə əsas məsələ bunlardır.

    Ateist bir insan yol hərəkət qaydalarını poza bilər, necə ki, istənilən bir dindar bunu edə bilər. Ateist bir insan rüşvət ala bilər, necə ki, bunu özünü “Müsəlman”, “Xristian” və s. dinin nümayəndəsi adlandıran insan edə bilər.

    Gəlin, Forbes jurnalına görə Dünyanın 10 ən pis diktatoru siyahısına nəzər yetirək və onların dinsiz və ya hansı dinə özlərini aid etdiklərinə baxaq.

    1. Robert Mugabe
    Dini: Roman Katolisizm

    2. Bashar al-Assad
    Dini: İslam (Ələvi)

    3. Kim Jong-il
    Dini: Dinsiz

    4. Muammar Gaddafi
    Dini: İslam (Sünni)

    5. Than Shwe
    Dini: Dinsiz (bu haqda heç bir məlumat tapa bilmədim)

    6. Yoweri Museveni
    Dini: Anqlikanism (Xristianlığa aid edilən bir ənənə)

    7. Hugo Chávez
    Dini: Roman Katolisizm

    8. Fidel Castro
    Dini: Dinsiz (“Əgər insanlar mənə, dini nəzər nöqtəsindən deyil, sosial baxışlarıma görə, Xristian deyirlərsə, mən bəyan edirəm, mən Xristianam” – Fidel Kasto.)

    9. Vladimir Putin
    Dini: Xristianlıq (Pravoslaviya)

    10. Ali Khamenei
    Dini: İslam (Şiə)

    İndi, deyin, lütfən, diktatorluq ilə ateizmin əlaqəsi varmı?

Viewing 5 posts - 1 through 5 (of 5 total)

You must be logged in to reply to this topic.