BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Big bang

This topic contains 3 replies, has 2 voices, and was last updated by  Horus Osiris oğlu 2 years, 6 months ago.

Viewing 4 posts - 1 through 4 (of 4 total)
  • Author
    Posts
  • #276

    Niye insanlar inanmir bu nezeriyeye?yani butun kainat boyuk partlayisdan yaranib?birde niye insanlar ateisteri cemiete qebul etmir,men deyende Tanri nece yaranib?deyiler ki su istadir suyu ne istadir?cavabizi gozduyurem

    #277

    Haqlısınız, Rəşad bəy. “Big Bang” nəzəriyyəsi bir çox dindarlar tərəfindən “Tanrıya qarşı” bir nəzəriyyə kimi qəbul olunur. Amma bu nəzəriyyə ilk dəfə elmi dairələrdə irəli sürüləndə bir çox elm adamları tərəfindən “çox dini bir nəzəriyyə olduğu” üçün rədd edilmişdi. “Dini nəzəriyyə” deyiləndə, ilk növbədə “möcüzəli” və “əldə olunan elmi biliklərlə əlaqəsi olmayan” mənası nəzərdə tutulurdu. Daha sonralar bu Nəzəriyyəni dəstəkləyən bir çox elmi məlumatlar ortaya çıxandan sonra, bu Nəzəriyyə alimlərin böyük qismi tərəfindən üstünlük verildi.

    “Big Bang” Nəzəriyyəsini qəbul edən deist hətta teistlər az deyil. Quranın “Big Bang” Nəzəriyyəsini inkar etmədiyini, hətta onu təsdiqlədiyinə inanan bir çox Müsəlmanlar da mövcuddur.

    Ümumiyyətlə, bütün elmi nəzəriyyələr ilk dönəmlərində insanlar tərəfindən rədd edilir, hətta alimlər tərəfindən də. Məsələn, Eynşteynin Nisbilik Nəzəriyyəsi onillərlə “sadəcə Nəzəriyyə” damğası daşıyırdı və bir çox elm adamları tərəfindən ciddi şəkildə tənqid olunurdu. Amma sonralar bu nəzəriyyə həm də praktiki sübutunu tapmışdı.

    Ateistlərin cəmiyyət tərəfindən qəbul olunmamasında ilk səbəb kimi, əxlaqi dəyərlərin dindən gəldiyi iddiasını görürəm. Bu da ki, əlbəttə, belə deyil. Bu haqda ayrıca ətraflı söhbət aça bilərik, əgər istəyən olsa.

    Dr. Zakir Naikin ateistlərə “cavabı” — “Su isladırsa, suyu nə isladır?” —haqqında facebook səhifəmizdə ətraflı yazmışam bir vaxtlar (o dərci tapıb bir daha səhifəmizdə dərc edərəm). Bu analoji sual ilə Dr. Zakir Naik ateistlərin “Tanrını bəs kim yaradıb?” sualının “mənasız” olduğunu göstərmək istəyib. Amma o bir məntiqi məsələni nəzərdən qaçırıb: heç kim “hər şeyi bir isladan olmalıdır” iddiasını irəli sürmür. Amma Tanrıya gəldikdə isə, dindarlar “Hər bir şeyi (kəsi) yaradan olmalıdır” iddiasını irəli sürürlər. Deməli, kimsə “Bəs suyu nə isladır?” sualını verməyi üçün, qarşıdakı insan “Hər şeyi isladan mövcuddur” iddiasını irəli sürməmlidir.

    P.S. Forumda mövzu açıb onu canlandırdığınız üçün ayrıca təşəkkürlər.

    #280

    oxudum hez aldim,cox sagolun ki varsiz

    #284

    Siz də sağ olun, Rəşad bəy )
    Osiris razı olsun )

Viewing 4 posts - 1 through 4 (of 4 total)

You must be logged in to reply to this topic.