BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ömər Xəyyam – Rübailər [PDF]

1216362817_23018910_770050246_tonnel

TƏRTİBÇİDƏN

İranın XI əsrdə yaşamış görkəmli filosof şairi Ömər Xəyyam Azərbaycanın oxucuları arasında geniş şöhrət tapmış, rübailəri Nizami dövründən bu günə qədər xalqımız tərəfindən sevilə – sevilə oxunmuş və
əzbərlənmişdir.

Təkcə XX əsrdə şairin lirik – fəlsəfi rübailəri Mikayıl Müşfiq, Mir Mehdi Seyidzadə, Əkrəm Cəfər kimi nüfuzlu qələm ustaları tərəfindən doğma dilimizə tərcümə edilmişdir.

Mikayıl Müşfiq keçən əsrin 30-cu illərində Xəyyamın rübailərinin bir qismini ana dilimizə çevirmiş, görkəmli alim və əruzşünas Əkrəm Cəfər isə şairin bütün rübailərinin öz vəznini və qafiyə sistemini saxlamaqla tərcümə edərək ayrıca kitab haqqında nəşr etdirmişdir. İndi Ömər Xəyyamın oxuculara təqdim etdiyimiz «Rübailər» kitabı görkəmli şairimiz Mir Mehdi Seyidzadənin yaradıcılıq axtarışlarının
məhsuludur. Şair Ömər Xəyyamın rübailərindən etdiyi tərcüməni iki dəfə – 1955-ci ildə və 1969-cu ildə ayrıca kitab şəklində çap etdirmişdir. Hər iki kəşfi müqayisə edərkən aydın olur ki, şair Ömər Xəyyamın rübailərinin tərcüməsinə çox ciddi yanaşmış, birinci nəşrdə nəzərə çarpan nöqsanları düzəltmiş və o qədər də poetik olmayan misra və ifadələri yenidən işləyib təkmilləşdirmişdir. Məsələn, birinci nəşrdə (33-cü rübai):

Saqi, xoş ətrli qırmızı mey ver,
Boş danışıqlara qoyma qalsın yer
Zaman torpa ğımızı kuzə etməmiş
Mey içim, edim mən çəmənzarı seyr! – şəklində verilmiş həmin rübai ikinci nəşrdə aşağıdakı formada işlənib, təkmilləşdirilmiş, gözəlləşdirilmişdir:

Gül rəngli şərab ver bizə, ey saqi!
Uymayaq söhbətə, sözə, ey saqi.
Bir kuzə mey gətir, torpa ğımızdan
Dövran düzəltməmiş kuzə, ey saqi.

Belə misalların sayını artırmaq da olar. Bunu da oxucularımızın nəzərinə çatdırmağı lazım bilirəm ki, Ömər Xəyyam rübailərinin 1-ci nəşrinə görkəmli alimimiz, filologiya elmləri namizədi mərhum Məmmədağa Sultanov şairin dövrü həyatı və rübailərinin fəlsəfi mahiyyətini geniş şəkildə şərh edən dəyərli bir müqəddimə yazmışdı. Lakin bizə məlum olmayan səbəblərdən həmin məqalə şairin rübailərinin ikinci nəşrinə daxil edilməmişdir.

Oxucularımızın Xəyyam haqqında, rübailərinin məzmunu və ideya istiqaməti barədə düzgün, dolğun təsəvvür əldə etməsi üçün son dərəcə faydalı olacağını nəzərə alaraq onu şairin latın qrafikası ilə çap olunan bu kitabına əlavə etməyi zəruri saydıq. İnanırıq ki, gözəl şairimiz Mir Mehdi Seyidzadənin böyük məhəbbətlə və ustalıqla, sadə və rəvan bir dildə doğma dilimizə çevirdiyi bu rübailər Xəyyamsevərlər və gənc oxucularımız tərəfindən sevinclə qarşılanacaq və sevilə-sevilə oxunacaqdır.

Yüklə: PDF (338,5 kB)

26 şərhlər

  1. Admin artıq mənbə də yazırki bilsinlər həqiqətən Ömər Xəyyamın sözüdü 😀

  2. İçkinin haram buyrulması Hamzanın ölümü ilə əlaqəlidir.. Çox içirmiş, yaxşı döyüşçü olmağına baxmayaraq tez yenilir sonralar… Anında ayə enir ki, haramdır…

  3. Butun gun sheir oxumusham,bununla noqteni qoydum,

  4. Bu ustadın şeirlərini oxuduqca, sevgi dolu bir həyat keçir könlümdən.
    Bir gözəl yar, biraz şərab, eşq, məhəbbət…
    Amma heyf ki, bu istəklər, bu hisslər dövrümüz üçün ucuz hesab olunur.. 🙁

  5. Her kese şarap vericekmissin,
    Cenneti-ala meyhanemidir?!
    Her kese huri vericekmişsin,
    Cenneti-ala kerhanemidir?!

  6. Cənnət istəyirsən? O cənnət, o sən,
    Yetər ki, dünyamı cəhənnəm etmə.
    Cəhənnəm istəsən yolun açıqdı,
    Cənnəti özünlə götürüb getmə.

  7. От безбожья до Бога – мгновенье одно!
    От нуля до итога – мгновенье одно.
    Береги драгоценное это мгновенье:
    Жизнь – ни мало, ни много – мгновенье одно!

Bir cavab yazın