BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Psixoanaliz: din haqqında.

Psixoanalitiklər ilkin günahı necə açıqlayır? Tanrı qoxusu nədir və Tanrı özü kimdir?

Ziqmund Freydin fikrincə din totem və tabular sistemindən yaranıb, bir zamanlar planetimizdə olan bütün xalqlarda mövcud olmuş və günümüzə gədər Afrika və Avstraliya kimi ölkələrdə bir sıra ənənəvi toplumlarda hələ də qorunub saxlanılır.

Totem elə müasir monoteistik dinlərin tanrısının “dəyişdirilmiş” versiyasıdır. Əbəs deyil ki, İsa Məsihim “vücudunu”, onun “gücünü” və “müqəddəsliyini” əldə etmək üçün, Pasxada üstündən “qan” – çaxır içərək “dadırlar”, eyni ilə qurbanlıq heyvanı – totemi – yeyən əcdadlarımız kimi (indi isə bu ənənəni vəhşi qəbilə üzvləri həyata keçirir).

Lakin totemin sələfi var. Bu ibtidai icmaların başçısıdır (Ata) ki, ondan bizim ulu əcdadlarımız qorxur və hörmət edirdilər. O qədər qorxurdular, o qədər hörmət edirdilər ki, günlərin birində qəbilənin bütün üzvləri yığışır və.. Atanı öldürür, sonra isə yamyamlar kimi onu yeyirlər.

 Индейские тотемические столбы на Аляске / ©Flick

Bu yerdə dəniz səyyahı Ceyms Kuk ilə analogiya aparmaq yerinə düşərdir, belə ki, onu “aborigenlər nədənsə yemişdilər”. Çünki, ona çox heyran olmuşdular. Vəhşilərin pərəstiş etdikləri və ya qorxduqları birini yeməsi, yeyilənin “üstünlüklərini” əldə olunması arzusu ilə birbaşa əlaqəlidir. Məhz bu keyfiyyətlər – hərfi məna, məcazi mənanın olmaması, simvilozm və abstrakt düşüncə – vəhşilər, balaca uşaqlar və nevrotiklər üçün ortaq xüsusiyyətlər hesab olunur.

Freyd, başqa bir söz də deyir: ola bilər ki, əcdadlarımız Atanı öldürməyiblər, onu totemə çevirib (çox sonra – İsa Məsihin çarmıxa çəkilməsi, əgər söhbət xristianlıqdan gedirsə) süursuz beyinlərində etmişdilər. Lakin vəhşilərin düşünməkdən çox, hərəkət etməyə meylli olması “adətini” nəzərə alan Freyd başqa bir söz də işlədir: “Düşünürəm ki, tədqiq etdiyimiz vəziyyətə aşağıdakı sözləri aid etmək olar: Əvvəlcə əməl olmuşdur”.

Başçını öldürdükdən sonra çəkilən vicdan əzabını sonradan ilkin günah adlandırırlar. Sonradan yaranmış bütün dinlər (bütpərəstlikdən monoteistliyə qədər) bu totem qurban motivini qoruyub saxlayıb. Onların içində olan Tanrı, göylərə qaldırılmış Atadır. İlkin günahın yuyulması isə Oğulun qurban verilməsi ilə həyata keçir. Priçastie (xristian dini ayinlərində biri) bu totem ayinini təkrar edir.

"Адам и Ева", Лукас Кранах (1526) / ©Flickr

Dinin özünü isə psixoanaliz obsessiv nevroz kimi dəyərləndirir, sadəcə bütün bunlar kollektiv şəkildə baş verdiyindən, onu (şəriəti, dini) kompulsif mərasimlərin və rasionallaşdırmanın cəmi kimi görür. Bu aydın məsələdir ki, hər bir psixoterapevt sizə obsessiv nevrozun əlamətlərinin qorxu və əndişə olduğunu deyər. Eyni əlamətlər bütün inanclı insanlarda müşahidə olunur. Başqa sözlə desək, bütün bu qorxuların təbiəti (mənşəyi) eynidir.

Bununla yanaşı, din bir çox insanlar üçün faydalıdır və bəşəriyyət tarixində mədəniyyətin yaranmasında böyük rolu olmuşdur. Qorxu və günah hissi – istənilən dinin “hərəkətverici qüvvəsi” – əcdadlarımızı bir-birini öldürməkdən çəkindirib, gözəlliklər yaratmağa, icmanı qorumaq və “konstruktiv” düşünməyə sövq edib.

Lakin, bəşəriyyət bir yerdə dayanmır və bir çoxları özlərini idarə edə bilmək üçün qorxu və günah hissinə ehtiyac duymur və bu hissləri insanın psixoloji böyüməsi nəticəsində formalaşan şəfqət hissi ilə əvəzləyir. Təəssüf ki, hər kəs bunu edə bilmir.

Əlbəttə, əgər bu gün yer üzündən din “birdən” yox olsa, heç də hər kəs öldürməklə, oğurluqla və ya “yaxınının həyat yoldaşına hərislənmək”-lə məşğul olmayacaq: insanların bir çoxu bütün bunları dinlərin iştirakı olmadan da etmək üçün kifayət qədər “yetişib”. Lakin yenə də din ölüm qorxularından azad edən, eyni zamanda bizim qarşımızda günahı olanlar mütləq cəzalanacaqlar, əhəmiyyətli bir persona səni sevir və və s. bu kimi illüziyaları (bu qorxunu da çox vaxt elə dinin özü yaradır) yaratmaqla insanların həyatında böyük rol oynayır.

Bir çox insan hələ də bu növdən olan qorxuları ilə – və çox vaxt puç olmuş sevgi, arzular və xoşbəxt olma ümidləri – təkbaşına bacara bilmir; bir çoxu hələ də özünü Tanrının iştirakı olmadan sevə bilmir, ona görə də din, sözsüz ki, kütlə üçün vacib element olaraq qalmaqdadır.

Şəxsi dini təcrübəmizdə biz valideynlərimizlə olan ünsiyyəti təkrarlayırıq, belə ki, uşaq, nə qədər paradoksal səslənsə də, daim din ilə yaşayır. (Məhz bu səbəbdən çoxları üçün, elmin təqdim etdiyi acı həqiqətləri qəbul etmək çox çətindir. Çünki, Tanrıya, qismətə və falçılara inanmaq, həyatının dəyişməsi istiqamətində atacağın hər hansı bir real addımdan, rasional düşünməkdən və ən əsası öz əməllərindən özün məsuliyyət daşımaqdan daha asandır. Axı böyümək – həm çətindir, həm də xoşbəxt olmaq üçün heç bir zəmanət vermir, din isə bu zəmanəti verir, özüdə daha az güc sərf etmənin qarşılığında. Çoxları üçün bu gündəlik ibadət və ya bazar və bayram günləri kilsəni ziyarət etməkdən ibarətdir.

Bunu izah edək. Birincisi, uşaq öz valideynlərinin sözlərini tənqidsiz qəbul edir və inanır (İnanc). İkincisi, uşaq həmişə hiss edir ki, valideynlərinin tələblərinə uyğun gəlmir (çünki, valideynlər eyni mədəniyyət və eyni qadağalarla böyüyüblər, uşaq isə əcdadlarımız kimi təbiətə çox yaxın və “yabanıdır”). Ona görə uşaqda təbii cəza alma qorxusu yaranır (daha firavan ailələrdə bu hiss boğulur, patogenlərdə isə – rəğbətlə qarşılanır). Bu ilahi qüvvə qarşısında olan qorxuya bənzəyir (Sitayiş obyekti). Üçüncüsü isə, bütün dinlər fərqli formaya keçmiş ailədaxili “əmrlər”-dən və bunula bağlı qadağalardan başqa bir şey deyil.

Beləliklə, din psixoanaliz üçün həm də insanın öz valideyninə olan emosional çalarlara bürünmüş infantil münasibətidir ki, zamanla qeyri-şüuri olaraq inanc obyektinə çevrilmişdir. İlahi valideynin (Tanrının) qüsursuz olması, real valideynlərin qüsurlarını “ört basdır” etmək üçün gərəkdir (adətən, uşaqlar özlərinin heç də qüsursuz olmayan valideynlərinə qarşı olan aqressiyanı dəf edirlər, çünki belə aqressiya nəinki cəmiyyət tərəfindən qəbul edilmir, hətta bəzi hallarda təhlükəlidir, belə ki, “ən yaxşı ana” və ən “yaxşı ata” bunun üstündə səni döyə bilər; bununla belə məsələ bu yerə gəlib çatmır, çünki uşaq valideynini nədəsə günahlandırsa – tamamilə haqlı da ola bilər – bunun nə ilə bitəcəyini hiss edir. Beləliklə, özünü qeyri-iradi aqressiya və təqsirləndirməyə görə simvolik günah yuma prosesi ilə sanki cəzalandırır. Belə bir (xəyali) valideyndən üzr istəmək olar (günahlarına görə), real valideyndən isə – heç vaxt. Məbədin bütün abu-havası, rahibin geyimi ona görə elədir ki, şüuraltı valideyn obrazı tanınmaz olaraq qalsın. Gələnlər isə səmavi Ata qarşısında özlərini çox aciz və köməksiz hiss edə bilsinlər (əlbəttə, bu daha çox pravoslav kilsəsinə aiddir).

Убранство православного храма / ©Flickr

Həmçinin bax

Aydın Əlizadə – Antik Fəlsəfə Tarixi [PDF, EPUB]

AMEA ın Fəlsəfə və Hüquq Institutunun baş elmi işçisi, fəlsəfə elmlər doktoru Aydın Əlizadənin yeni ...

9 şərhlər

  1. “psixoanalik” nedir? zehmet deyilse deyerdiniz

Bir cavab yazın